Zəncirvari qəza ilə bağlı yol polisindən AÇIQLAMA

Zəncirvari qəza ilə bağlı yol polisindən AÇIQLAMA

Hazırda oxunan: Zəncirvari qəza ilə bağlı yol polisindən AÇIQLAMA

53565

Xəbər verdiyimiz kimi, ötən gün saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 114-cü km-də beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Yol Polisi məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Hacıqabul qəzasında ölən və yaralananların tam SİYAHISI – YENİLƏNİB - VİDEO


Bildirilib ki, qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

DYP bir daha sürücülərə yol hərəkəti qaydalarını pozmamağı, uzaq məsafələrə günün işıqlı vaxtında yola düşməyi, fasiləsiz uzun müddət avtomobil sürməməyi, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, yolboyu nəqliyyat vasitələrinin sürətini və istiqamətini, eləcə də hava şəraitini düzgün qiymətləndirməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO