İlham Əliyev: “Koronavirus bəlası ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq” - VİDEO

İlham Əliyev: “Koronavirus bəlası ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Koronavirus bəlası ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq” - VİDEO

53512

“Bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir. Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dünən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətdə səsləndirib. 

Onun sözlərinə görə, əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb:

“18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq”.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO