Papa Fransisk bütün dünyanı sülhə çağırdı

Papa Fransisk bütün dünyanı sülhə çağırdı

Hazırda oxunan: Papa Fransisk bütün dünyanı sülhə çağırdı

53476

Roma Papası Fransisk Yeni ilin ilk günü yer üzündə hər kəsi sülhə çağırıb və Ümumdünya Sülh Günü münasibətilə keçirilən çoxsaylı təşəbbüslərin təşkilatçılarına təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

O, Vatikanda Apostol Sarayının pəncərəsindən möminlərə müraciəti zamanı deyib:

“Yeni ilin əvvəlində hər kəsə sülh arzulayıram ki, bu da ən yaxşıların cəmidir”.

Pontifik xatırladıb ki, Ümumdünya Sülh Günü Papa VI Paul tərəfindən təsis edilib və ilk dəfə 1968-ci il yanvarın 1-də qeyd olunub. Bu baxımdan o, 1963-cü ildə Papa İoann XXIII tərəfindən soyuq müharibənin qızğın çağında yazılmış məşhur “Pacem in terris” (“Yer üzündə sülh”) ensiklopediyasına diqqət çəkib. Papa Fransiskin sözlərinə görə, bu mesaj “həmişəkindən daha aktualdır”.

"Biz evə gedəndə yalnız “sülh, sülh, sülh!” haqda düşünməliyik. Bizə sülh lazımdır! Televiziya proqramında müharibə, evsizlər, yoxsulluq görüntülərini gördüm... Bu gün dünyada baş verənlər belədir. Biz sülh istəyirik!". Papa Müqəddəs Pyotr meydanına toplaşan dindarların alqışları altında bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO