Hadrutda müəmmalı tunel aşkarlandı

Hadrutda müəmmalı tunel aşkarlandı

Hazırda oxunan: Hadrutda müəmmalı tunel aşkarlandı

53470

Hadrut qəsəbəsinə 39,7 km uzunluğunda və 1-ci texniki dərəcəyə uyğun Şükürbəyli-Cəbrayıl-Hadrut yolu çəkilir. Hazırda yolda qazma və torpaqlama işləri aparılır. 

Bizim.Media xəbər verir ki, qəsəbədə yerləşən və istismar müddətini demək olar ki, başa vuran elektrik yarımstansiyası müharibədən sonra yenilənib.

Buraya Cəbrayıldan elektrik xətləri çəkilib və qəsəbənin əsas obyektləri elektrik enerjisi ilə təmin olunub.

Daha sonra Prezident İlham Əliyev tərəfindən qəsəbədə tam müasir tipli yeni qovşaq yarımstansiyasının təməli qoyulub.

Baku TV-nin çəkiliş qrupu Hadrutdakı evləri müşahidə edərkən maraqlı mənzərə ilə qarşılaşıb. Qəsəbədəki evlərdən birində tunel olduğu məlum olub. İlkin ehtimala görə, ermənilər bu tunellərdən qaçmaq və gizlənmək üçün istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO