Aİ Şurasında növbəlilik əsasında sədrlik yanvarın 1-dən Sloveniyadan Fransaya keçib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.
“Yanvarın 1-dən iyunun 30-dək (2022-ci il) davam edəcək sədrliyimizin məqsədini bir cümlə ilə ümumiləşdirmək üçün deyərdim ki, biz öz sərhədlərimiz daxilində əməkdaşlıq etdiyimiz Avropadan dünyada ən güclü Avropaya keçməliyik. Öz seçimimizdə tam suveren və azad olmalıyıq, taleyimizə özümüz nəzarət etməliyik”, deyə Fransa Prezidenti Emmanuel Makron qeyd edib.
Fransa hökuməti hesab edir ki, Avropa öz sərhədlərinə nəzarət etməyi bacarmalıdır və Şengen zonasında islahatların aparılmasının tərəfdarıdır. Bunun üçün böhran vəziyyətlərində istifadə olunacaq “sərhədlərdə fövqəladə dəstək mexanizmi”nin yaradılması təklif edilir.
Aİ Şurasına sədrlik dövründə Fransada prezident seçkiləri keçiriləcək. Səsvermənin birinci turu aprelin 10-na, ikinci turu isə aprelin 24-nə təyin edilib.
2022-ci il iyulun 1-dən Aİ Şurasına sədrlik Çexiyaya keçəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:47 / 01.01.2022
Aİ Şurasına sədrlik Fransaya keçdi
Hazırda oxunan: Aİ Şurasına sədrlik Fransaya keçdi
Hazırda oxunan: Aİ Şurasına sədrlik Fransaya keçdi
53461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.