DOST xidmətləri sırasına biri də əlavə edildi

DOST xidmətləri sırasına biri də əlavə edildi

Hazırda oxunan: DOST xidmətləri sırasına biri də əlavə edildi

53446

Prezident İlham Əliyevin yeni Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin “DOST” mərkəzlərinin xidmətlərinin siyahısına daha bir xidmət əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu - dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidmətidir.

Dövlət başçısının 18 may 2021-ci il tarixli Fərmanına əsasən hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

29 dekabr 2021-ci il tarixli Fərmanla isə hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta üzrə fəaliyyətini və həmin sığorta vəsaitlərinin idarə edilməsini Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.
Bununla əlqədar olaraq dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidməti də “DOST” Mərkəzlərində göstəriləcək.

Onu da qeyd edək ki, DOST xidmətlərinin sayı artmaqda davam edir. İlk DOST Mərkəzinin yaradıldığı 2019-cu ilin may ayından bəri həmin xidmətlərin sayı 30 faiz artaraq 156-ya çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO