Yeni ildə sirkdə balacaları hansı proqramlar gözləyir? - PROQRAM

Yeni ildə sirkdə balacaları hansı proqramlar gözləyir? - PROQRAM

Hazırda oxunan: Yeni ildə sirkdə balacaları hansı proqramlar gözləyir? - PROQRAM

53405

Dekabrın 17-dən Yeni il proqramlarına start verən Bakı Dövlət Sirki hər il olduğu kimi bu il də balacaların görüşünə maraqlı proqramlarla gəlib.

Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva Bizim.Media-ya açıqlamasında yeni il proqramlarının bayram günlərində də baş tutacağını bildirib:

“Yeni il Macərası: Ulduzlar Meydanı” adlı bayram proqramımız dekabrın 17-dən artıq başlayıb və bayram günlərini də əhatə etməklə yanvar ayının 9-na qədər davam edəcək. Proqram həftənin 3 günü cümə, şənbə və bazar günləri 2 seans olmaqla uşaqlara göstəriləcək”.

Qeyd edək ki, sirkin bayram proqramlarını yaxından görmək istəyənlər biletləri “İticket.az” saytından online şəkildə əldə edə bilərlər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO