Afət Fərmanqızı küsülü həmkarlarına SÖZ ATDI - “Üzr istəyərlərsə...

Afət Fərmanqızı küsülü həmkarlarına SÖZ ATDI - “Üzr istəyərlərsə...

Hazırda oxunan: Afət Fərmanqızı küsülü həmkarlarına SÖZ ATDI - “Üzr istəyərlərsə...

53355

“Mənim heç kimlə işim yoxdur. Tələ quranları, ayağımın altını qazanların hamısını köhnə ildə qoymaq və yeni ilə gözəl düşüncələrlə getmək istəyirəm”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı yeni ildə yaradıcılıq planlarından danışarkən qeyd edib.

O, bir-iki nəfər sənət yoldaşı ilə küsülü olduğunu dilə gətirib:

“Onlarla bağlı yaranmış durumda isə günah məndə deyil, özlərində olub. Sübutumu qoyub cavabını vermişəm.

Haçansa üzr istəyərlərsə, Allah bağışlayandır, biz kimik ki? Üzr istəməzlərsə, Allah bilsin, özləri bilsin. Allah onların başlarını da yaxşı işlərə qatsın ki, belə məsələlərlə uğraşmağa vaxtları qalmasın, nə də bizim vaxtımızı alsınlar”, - deyə Afət Fərmanqızı həmkarlarına söz atıb.  

Müğənni  2022-ci ildə yeni mahnılar üzərində çalışacağını və yeni kliplər çəkdirəcəyini deyib:

“Səs sala biləcək mahnılar təbii ki, qismət məsələsidir. Ayda 1 və ya 2 mahnı planımı təhvil verirəm. Yeni ildə də bu cür davam edəcəyəm”. 

Xatırladaq ki, Afət Fərmanqızının müğənni Təranə Qumralla münasibətləri soyuqdur. Bir müddət əvvəl Təranə Qumral küsülü olduğu həmkarı Afət Fərmanqızına söz ataraq, onu “uşaq-muşaq” adlandırmışdı. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO