Ağdamda ekskovator minaya düşdü

Ağdamda ekskovator minaya düşdü

Hazırda oxunan: Ağdamda ekskovator minaya düşdü

53351

Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman mina partlayışı baş verib.

Bu barədə Bizim.Media-ya Ağdam Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, 29 dekabr 2021-ci il tarixdə Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO