Keçmiş MTN polkovnikinin məhkəməsinin vaxtı açıqlandı

Keçmiş MTN polkovnikinin məhkəməsinin vaxtı açıqlandı

Hazırda oxunan: Keçmiş MTN polkovnikinin məhkəməsinin vaxtı açıqlandı

53247

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin məhkəməsinin vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2022-ci ilin yanvarın 10-na təyin edilib.

Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, B.Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Keçmiş MTN əməkdaşı 70 min manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir. B.Qocayev vaxtilə MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi vəzifələrində çalışıb.

O, 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO