Zaxarova: “Moskva Azərbaycan və Ermənistan ziyalılarının görüşünü dəstəkləyib”

Zaxarova: “Moskva Azərbaycan və Ermənistan ziyalılarının görüşünü dəstəkləyib”

Hazırda oxunan: Zaxarova: “Moskva Azərbaycan və Ermənistan ziyalılarının görüşünü dəstəkləyib”

53229

Bakı və İrəvan ziyalılarının görüşündə  hər iki ölkə arasında münasibətlərin ardıcıl normallaşması üçün əlverişli fon yaratmaq məqsədinə nail olunub. 

Bizim.Media xəbər verir ki, bu informasiyanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan ziyalılarının Moskva görüşünün DETALLARI - Hansı məsələlər müzakirə olunub?

Onun sözlərinə görə, Moskva bu cür təşəbbüsləri dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək:

"İştirakçılar yekdilliklə bildiriblər ki, Azərbaycan və erməni xalqları arasında etimadsızlıq dərəcəsinin azaldılmasında ziyalıların rolunu görürlər. Konstruktiv dialoqa meyl həssas humanitar mövzuların müzakirəsi zamanı da nümayiş etdirilib: erməni əsirlərin qaytarılması, minalanmış ərazilərin qalan xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsi”.

Xatırladaq ki, adıçəkilən görüş Rusiya prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə dekabrın 24-də Moskvada təşkil olunub. 

Görüşdə Azərbaycanı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər Universitetinin rektoru Kamal Abdulla, kinotənqidçi Ayaz Salayev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı isə Yerevan Tibb Universitetinin rektoru Armen Muradyan, Kukla Teatrının rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissor Arutyun Xaçatryan təmsil ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO