Bizim.Media xəbər verir ki, deputat Fazil Mustafa İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qərar layihəsinin müzakirəsi zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda “pik saat” anlayışı yoxdur, insanlar gün boyu tıxacda qalır” – Fazil Mustafa
"Parlamentdə bu gün müxtəlif mövqelər daşıyan şəxslər var. Parlamentdəki çıxışları isə ən az cəmiyyətə çatdıran televiziya İctimai Televiziyadır. Onlar bunun əvəzinə millət vəkillərinin kollajını yayıb belə yanaşma ilə millətin diqqətini qazanmaq istəyirlər. Siz təndiq edə bilərsiniz, amma digər məsələləri də cəmiyyətə çatdırın. İctimai Televiziyanın funksiyası AzTV-dən fərqlidir. Büdcədən vəsait alırsınız. Deməli dövlət və cəmiyyətin də işlərinə yarımaq lazımdır".
Deputat həmçinin qeyd edib ki, televiziya parlamentin fəaliyyətini də lazımi dərəcədə işıqlandırmır.
Onun həmkarı Etibar Əliyev də onun fikirləri ilə tam razı olduğunu deyib. O, bildirib ki, televiziyada maarifləndirici bir veriliş yoxdur. “Bunun əvəzinə onların efirində məktəbdə pul yığımı ilə bağlı müzakirələr aparırlar. Ekspert adı altında proseslərdən tam xəbərsiz insanları ora çağırıb, özlərinə reytinq qazanırlar”.
Vüsalə Balayeva, Bizim.Media