Gələn ilin sonunda inflyasiyanın baza diapazonu yuxarı intervala doğru dəyişəcək – Mərkəzi Bank

Gələn ilin sonunda inflyasiyanın baza diapazonu yuxarı intervala doğru dəyişəcək – Mərkəzi Bank

Hazırda oxunan: Gələn ilin sonunda inflyasiyanın baza diapazonu yuxarı intervala doğru dəyişəcək – Mərkəzi Bank

53159

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin başlıca məqsədi inflyasiyanı hədəf diapazonuna (4_+2%) doğru dinamikasının təmin edilməsi olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən - dünya ərzaq və enerji daşıyıcılarının qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.

Pul siyasətinin son hədəfi inflyasiyanın (4_+2%) dəhlizində idarə olunması dəyişməz qalır.

Yenilənmiş son inflyasiya proqnozlarına görə, baza proqnozlarında qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonunun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.

Mövcud yüksək inflyasiya səviyyəsinə xarici amillərin təsirinin keçici xarakterini nəzərə alaraq monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlayacaq.

Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətini daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər.

İnflyasiya gözləntilərinin effektli idarə olunması həyata keçirilən siyasətə ictimai etibarın yüksəldilməsinə yönələcək.
Siyasət reaksiyası yarana biləcək qeyri-müəyyənlikləri və siyasətə inamsızlığı aradan qaldırmaqla investisiya – biznes fəallaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO