Dənizçilər qanvermə aksiyası keçirdi - FOTO

Dənizçilər qanvermə aksiyası keçirdi - FOTO

Hazırda oxunan: Dənizçilər qanvermə aksiyası keçirdi - FOTO

53135

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) qanvermə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəstək məqsədilə baş tutub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda keçən aksiyada könüllü qan verən dənizçilər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə sosial layihələrdə yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə toplanan donor qanlar Mərkəzi Qan Bankına təhvil verilib.

Könüllü qanvermə aksiyası ASCO-da artıq bir neçə ildir, həyata keçirilir.

Sosial təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində keçirilən tədbirlərə dəstək niyyəti daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO