“Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ola bilər” – Zaur Məmmədovdan ŞƏRH

“Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ola bilər” – Zaur Məmmədovdan ŞƏRH

Hazırda oxunan: “Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ola bilər” – Zaur Məmmədovdan ŞƏRH

53078

“Fransalı prezidentliyə namizədlərin bəzilərinin Xankəndiyə getməsi, bəzilərinin isə ora buraxılmaması Rusiyanın bu ölkədəki seçkilərdə öz adamını hakimiyyətə gətirmək istəyi ilə bağlıdır. Rusiyaya qarşı çıxışları ilə seçilən Erik Zemmur Ermənistana gələn ilk namizəd olsa da, onu separatçılarla görüşə buraxmadılar. Amma Rusiyanın agenti sayılan Valeri Pekres Xankəndinə getdi.  Beləcə, Rusiya Pekresin  Fransadakı erməni diasporunun əksər hissəsinin səsinin almasına kömək etmək istəmiş oldu”.

Bizim.Media xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun “Facebook” statusu belə başlayır. 

Politoloqun siyasi analizinin davamını təqdim edirik:

“Hazırda NATO - Rusiya münasibətləri baxımından çox gərgin ilə daxil oluruq. Şimal axını 2 və Rusiya ilə ilıq münasibətlərin tərəfdarı Merkel yoxdur. Makronun da qalıb- qalmayacağı məlum deyil. Buna görə Moskva üçün Fransadakı prezident seçkilərində ya Makronun, ya da Pekresin seçilməsi olduqca vacibdir. Fransada kimin hakimiyyətə gəlməsi gələcək aylarda Ukrayna ətrafındakı proseslərə təsir edəcək.

İkincisi, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ola bilər. Onun son açıqlamaları kifayət qədər ciddidir. Qarabağ hüquqi cəhətdən Azərbaycansız ola bilməz deyən Paşinyan həqiqəti dilə gətirdi”.  
Zaur Məmmədov daha sonra yazır ki, son həftələr ərzində fransızların Ermənistana səfərləri, bir neçə namizədin sülhməramlıların qarşısından keçərək Xankəndinə getməsi geosiyasi mahiyyət daşıyır:

“Bununla da, şimal həm Fransadakı gələcək elektoral proseslərə müdaxilə edir, həm də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərlə bağlı öz mövqeyini ortaya qoymuş olur. Öz növbəsində, Ermənistanın Baş naziri Paşinyan çıxışı onun bütün separatçılar tərəfindən mövzuyla bağlı səlahiyyətsiz şəxs elan edilməsinə gətirib çıxarır.  

Beləcə, həm Ermənistan, həm də separatçılar demarkasiya - delimitasiya məsələsində öz aləmlərində "oyun" qurmuş olurlar. Amma bütün tərəflər bilsinlər ki, XXI əsr bizim əsrdir. Azərbaycan bundan sonra da hədəflərinə layiqincə çatacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO