Taliban Moskvaya səfir təyin etməyə hazırlaşır – VİDEO

Taliban Moskvaya səfir təyin etməyə hazırlaşır – VİDEO

Hazırda oxunan: Taliban Moskvaya səfir təyin etməyə hazırlaşır – VİDEO

53063

Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatı Moskvaya səfir təyin etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu haqda hərəkatın rəsmi sözçüsü Zabiullah Mücahid RİA Novosti-yə müsahibəsində bildirib.

"Bizim planımız var, xüsusən indiki səfirliklərlə bağlı. Moskvaya səfir təyin etməyi planlaşdırırıq, onu təyin edəcəyik. Bu, diplomatik addımdır. Səfirliklər və konsulluqlar diplomatik əlaqələr üçün vacibdir və biz bu işdə əməkdaşlıq edirik", - Mücahid deyib.

Nümayəndə səfirin təyinatının vaxtını dəqiqləşdirməyib və qeyd edib ki, hərəkat hələ də Rusiyadan Taliban tərəfindən yaradılmış hökumətin tanınması üçün şərtlər almayıb.

Mücahidin fikrincə, hökumətin tanınması, xüsusən də ABŞ-la münasibətlərin və etimadın inkişafına töhfə verəcək.

Rusiya prezidenti Vladimir Putin geniş mətbuat konfransında Talibanla bağlı danışarkən deyib ki, onların tanınması məsələsində reallıqlardan çıxış etmək lazımdır. Buna baxmayaraq, ekstremist elementlərin sızması müəyyən təşviş və qorxu yaratmaya bilməz”, - deyə prezident əlavə edib. 
Onun sözlərinə görə, Rusiya Taliban hökumətinin tanınması qərarının konsolidasiya olunmasını təmin etməyə çalışacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO