Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 sm aşağı düşüb.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib:
"Dəniz suyunun aşağı enməsi xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik".
Bizim.Media
![Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm](https://bizim.media/file/articles/2021/12/29/1640769530_dt1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 29.12.2021
Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm
Hazırda oxunan: Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm
Hazırda oxunan: Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm
53042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.