Gəncədə 11 dilənçi saxlanıldı

Gəncədə 11 dilənçi saxlanıldı

Hazırda oxunan: Gəncədə 11 dilənçi saxlanıldı

53020

Gəncədə polislərin keçirdikləri reydlər zamanı dilənçilər saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. 

Tədbir zamanı ümumilikdə 11 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılıb, 10 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO