Dünən Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən “Arena” bilyard klubunda qətl törədilib.
Bizim.Media “dumskaya.net” saytına istinadən xəbər verir ki, öldürülən şəxs mərhum “qanuni oğru” Nadir Səlifovun (həmçinin Lotu Quli və ya Quli Bakinski kimi tanınır) yaxın adamı, “kriminal avtoritet” Nazir Əliyevin olduğu müəyyənləşib.
Bu barədə nəşrə prokurorluqdakı mənbə informasiya verib.
Qeyd edilir ki, Lotu Quli Türkiyədə öldürülən zaman Nazir Əliyev onun yanında olub. “Söhbət oğruların müharibəsindən - şəhərin kriminal birliyində təsir dairələrinin yenidən bölüşdürülməsindən gedir". Nəşrin həmsöhbəti belə deyib.
Nazir Əliyevə atəş açan şəxs Azərbaycan vətəndaşı Şöhrəddin Quliyevdir.
Xatırladaq ki, insident zamanı bir nəfər qolundan yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:43 / 29.12.2021
Lotu Qulinin yaxın adamı Ukraynada güllələndi - FOTOLAR
Hazırda oxunan: Lotu Qulinin yaxın adamı Ukraynada güllələndi - FOTOLAR
Hazırda oxunan: Lotu Qulinin yaxın adamı Ukraynada güllələndi - FOTOLAR
53016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.