Şəhriyar Məmmədyarov dünya çempionatında 8-ci yeri tutdu

Şəhriyar Məmmədyarov dünya çempionatında 8-ci yeri tutdu

Hazırda oxunan: Şəhriyar Məmmədyarov dünya çempionatında 8-ci yeri tutdu

52976

Varşavada blits və rapid üzrə dünya çempionatının rapid yarışları başa çatıb.

Bizim.Media xəbər verir ki, kişilər arasında yarışda 13 turdan 9 xal toplayan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Məhəmməd Muradlı, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.

Qadınlar arasında keçirilən turnirdə isə təmsilçilərimizdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal toplayan şahmatçımız bu nəticə ilə 12-ci yerdə qərarlaşıb. Digər təmsilçilərimiz Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.

Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.
 

Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO