Yağış, qar, külək - Sabahın havası

Yağış, qar, külək - Sabahın havası

Hazırda oxunan: Yağış, qar, külək - Sabahın havası

5297

Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında  hava buludlu olacaq, əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, temperatur Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Gecə və səhər duman olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO