Bu ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyuldu

Bu ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyuldu

Hazırda oxunan: Bu ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyuldu

52964

Kanadanın Alberta əyalətinin Ponoka rayonunda süngərvari ensefalopatiya, Fələstinin Qəza əyalətində dabaq, Danimarkanın Midtilənd bölgəsində, Polşanın Kuyavsk-Pomorsk inzibati ərazisində, Niderlandın Overeysel əyalətində, İngiltərənin Cənub-Şərqi İngiltərə regionunda və Şimali İrlandiyanın Armah, Banbridc-Kraiqavan dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu məhsulların Azərbaycana idxalına məhdudiyyət qoyuldu


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, ölkəmizə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə sözügedən regionlardan məhsul idxalına qadağa qoyulub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Kanada, Fələstin, Danimarka, Polşa, Niderland, İngiltərə və Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO