“Tehran dünyanı aldadır, onlara qarşı təkbaşına addım atacağıq” – İsrailli nazir

“Tehran dünyanı aldadır, onlara qarşı təkbaşına addım atacağıq” – İsrailli nazir

Hazırda oxunan: “Tehran dünyanı aldadır, onlara qarşı təkbaşına addım atacağıq” – İsrailli nazir

52908

İsrailin xarici işlər naziri Yair Lapid dekabrın 27-də Vyanada nüvə danışıqlarının 8-ci mərhələsinin başlanması ilə bağlı mediaya açıqlamasında ölkəsinin İrana qarşı təkbaşına hərəkətə keçəcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Telegram kanalı yayıb.

Lapidin sözlərinə görə, İsrail beynəlxalq bir əməkdaşlıq çərçivəsində İrana qarşı addım atmağa üstünlük verir, lakin İsrail lazım gələrsə, İrana qarşı təkbaşına hərəkətə keçəcək. 

“Biz, İranın nüvə proqramı barədə sənədli məlumatların bir hissəsini müttəfiqlərimizə təqdim etmişik. Bu sənədlər bizim mövqeyimiz və ya təhlilimiz deyil. Bunlar İranın sistematik şəkildə dünya birliyini aldatdığını sübut edən müəyyən məlumatlardır”, deyə o, qeyd edib.

Lapid vurğulayıb ki, İran İslam Cumhuriyyətinin Vyana danışıqlarına qatılmaqda və hər hansı atom razılaşmasının əldə olunmasında tək məqsədi, sanksiyaların ləğv edilməsi və bunun ardıncı əldə edəcəyi milyardlarla dollar xarici valyutanı nüvə proqramının inkişafına sərf etmək, eləcə də Livan “Hizbullah”ı kimi terrorçu qruplaşmalara və dünyanın dörd bir yerində fəaliyyət göstərən digər terror şəbəkələrinə yardım etməkdir. 

“İsrail İranla yaxşı bir razılaşmanın əldə olunmasına qarşı çıxmır.

Ancaq biz sadəcə İranın nüvə fəaliyyətlərinə və onun maliyyə qaynaqlarına, həm də onun maliyyə dövriyyəsinə və İrana bağlı terror şəbəkələrinə nəzarəti təmin etməyən hər hansı bir razılaşmanın əleyhinəyik”, - deyə İsrailin xarici işlər naziri yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO