Nazirlər Kabinetindən təbii qazla bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən təbii qazla bağlı YENİ QƏRAR

Hazırda oxunan: Nazirlər Kabinetindən təbii qazla bağlı YENİ QƏRAR

52750

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldildiyi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlər Kabineti yeni şirkətlə bağlı QƏRAR VERDİ


“Azərkontrakt” ASC-yə ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etmək həvalı olunub.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO