Sabah üç rayonda təbii qaz olmayacaq - DİQQƏT!

Sabah üç rayonda təbii qaz olmayacaq - DİQQƏT!

Hazırda oxunan: Sabah üç rayonda təbii qaz olmayacaq - DİQQƏT!

52742

Azərbaycanın üç rayonun qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədilə sabah saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO