Ukrayna Türkiyə PUA-ları istehsal edəcək

Ukrayna Türkiyə PUA-ları istehsal edəcək

Hazırda oxunan: Ukrayna Türkiyə PUA-ları istehsal edəcək

5273

Ukrayna Müdafiə Nazirliyi, Türkiyə ilə, pilotsuz təyyarələrin və korvetlərin istehsalını nəzərdə tutan müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Məlumata görə, Ukrayna Müdafiə naziri, Andriy Taran bu gün türk şirkətləri ilə korvet və pilotsuz hücum sistemlərinin istehsalı və texnologiyaların ötürülməsi barədə müqavilələr imzalayıb.

İmzalama prosesi Türkiyə Müdafiə Sənayesinin sədri İsmayıl Dəmirin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı baş tutub.

Andriy Taran qeyd edib ki, Türkiyə ilə birgə əməkdaşlıq nəticəsində istehsal ediləcək texnika Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO