İndiyədək sahibkarlara nə qədər kredit verilib? – RƏSMİ

İndiyədək sahibkarlara nə qədər kredit verilib? – RƏSMİ

Hazırda oxunan: İndiyədək sahibkarlara nə qədər kredit verilib? – RƏSMİ

52716

İndiyiədək Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 mln. manatı ötüb.

Bizim.Media-ya Fonddan verilən məlumata görə, bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3 300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.

Cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 000 manat, orta müddəti 32 ay təşkil edib.

Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.

Bundan əlavə, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 mln. manat məbləğində subsidiyanın verilməsi təmin edilib.

Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi isə 6,5%-dək azaldılıb.

Qeyd edilir ki, İKZF tərəfindən 2022-ci ildə də sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək.
Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO