İpoteka və Kredit Zəmanət Fondu indiyə qədər nə qədər subsidiya ödəyib? – RƏSMİ CAVAB

İpoteka və Kredit Zəmanət Fondu indiyə qədər nə qədər subsidiya ödəyib? – RƏSMİ CAVAB

Hazırda oxunan: İpoteka və Kredit Zəmanət Fondu indiyə qədər nə qədər subsidiya ödəyib? – RƏSMİ CAVAB

52703

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Azərbaycan banklarının sahibkarlara verdiyi, ümumi məbləği 248 milyon manat olan kreditlərə zəmanət verib.

Bizim.Media Fonda istinadən xəbər verir ki, həmin kreditlər əsasən qida məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət, xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub, 3 300-dən çox yeni iş yerinin açılmasına şərait yaradıb.

Bundan başqa, bu günə qədər İKZF iş adamlarının maliyyə resurslarına çıxış imkanlarının artırılması, ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat subsidiya verib.

Bunun hesabına biznes kreditlərinin orta illik faiz dərəcəsi 6,5%-ə qədər azaldılıb.

Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO