Zərdüşt Əlizadə erməniləri MÜDAFİƏ ETDİ: “Bizim mətbuatımız erməniləri söydükcə, onların da haqqı var ki...”

Zərdüşt Əlizadə erməniləri MÜDAFİƏ ETDİ: “Bizim mətbuatımız erməniləri söydükcə, onların da haqqı var ki...”

Hazırda oxunan: Zərdüşt Əlizadə erməniləri MÜDAFİƏ ETDİ: “Bizim mətbuatımız erməniləri söydükcə, onların da haqqı var ki...”

52644

Dekabrın 26-sı Cənubi Qafqazın səs-küyə səbəb olan hadisələrindən biri qondarma rejimin “rəhbər”i Araik Arutyunyanın “bəyanat”ı olub. Belə deyək, “Artsax”ın taleyini əks etdirən çıxışda separatçı lider müəyyən mübahisə doğuracaq fikirlər səsləndirib. Bu fikirlərdən biri belədir:

“Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.

Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Araikin açıqlamasını mənasız adlandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”


“Deyir də, əvvəl Paşinyan deyirdi ki, Qarabağ Ermənistandır. Nə oldu axırı?”

Bizim.Media ilə özəl dialoq zamanı Zərdüşt Əlizadə əlavə edib ki, Arutyunyanın hər dediyinə fikir vermək lazım deyil. 

Belə ki, Arutyunyan siyasi mənfəət naminə ağzına gələni danışır:

“Belə şeylərə fikir vermək lazım deyil. Əsas Qarabağın azad olunmuş hissəsini abadlaşdırmaq, camaatı köçürtmək, qayıdan insanlara gözəl həyat şəraiti yaratmaq, rus qoşunları yerləşən ərazidə ermənilərlə əlaqə qurmaq, onlara təminat vermək, erməniləri öz tərəfimizə çəkmək, onları Azərbaycanda yaşamaqda maraqlandırmaq gərəkdir.

Amma Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasında əlaqələr yaranmasa, Ermənistanda türkləri düşmən kimi təqdim edən qüvvələrin tüğyan etdiyi, bizim mətbuatda erməniləri söyməkdə davam etdiyi şəraitdə, bizim tədris proqramlarımız, kitablarımızda erməniləri söyməkdə davam etdikləri halda, təbii ki onların da deməyə haqqı var ki, “Qarabağdakı ermənilər Azərbaycanda yaşaya bilməz”. 

Sonda qeyd edək ki, Araik Arutyunyanın “Artsax bəyanatı”ndakı sözügedən məsələdən başqa 3 mövzu ilə bağlı da Azərbaycanın partiya rəhbəri və politoloqlarının da mövqeyini öyrənmişik.

Düzü, Araikin dedikləri “sərsəm bəyanatlar” silsiləsindən olsa da, əslində separatçı lider ermənilərin gələcək məkirli planlarını da ifşa etmiş olub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO