"Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfərini Azərbaycan ictimaiyyəti dərin təəssüf hissi ilə qarşıladı. Siyasi təxribat xarakteri daşıyan bu addım Azərbaycan-Fransa münasibətlərinin ruhuna, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərinə tamamilə ziddir".
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasınsa çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransanın Vətən müharibəsi dövründə tutduğu mövqe ATƏT-in Minsk Qrupunun həmsədri kimi vacib bir missiyanı üzərinə götürmüş bu ölkənin tərəfsizliyinə əsaslı şübhələr yaratmışdı.
"Son dövrlərdə qarşılıqlı münasibətlərdə etimadın bərpa olunmasına yönəlmiş bəzi təşəbbüslərin şahidi olduq. Fransa hökuməti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək istəyini bəyan etdi. Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüş təşkil olundu. Bu addımlar Fransanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasında iştirak etmək cəhdləri kimi qiymətləndirilir. Lakin Valeri Perkesin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmunu ilə heç cür uyğun gəlmir" - deyə deputat qeyd edib.
O əlavə edib ki, bu gizli və qanunsuz səfər Fransanın müəyyən siyasi dairələrində də təəssüflə qarşılanıb:
"Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber xüsusi bəyanatla çıxış edərək, Fransa və onun nümayəndələrini davamlı sülh naminə beynəlxalq hüququn elementar normalarına hörmət etməyə, qərəzsiz davranmağa çağırıb.
Biz seçki kampaniyasında namizədlərin müəyyən taktiki gedişlərə müraciət etmək məcburiyyətini anlayışla qarşılaya bilərik.
Lakin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüququn fundamental prinsipləri heç bir halda seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz. Bu, həmin namizəd tərəfindən ilk növbədə öz ölkəsinə, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir".
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:34 / 27.12.2021
“Azərbaycan ərazisi seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz” – Fransaya XƏBƏRDARLIQ
Hazırda oxunan: “Azərbaycan ərazisi seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz” – Fransaya XƏBƏRDARLIQ
Hazırda oxunan: “Azərbaycan ərazisi seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz” – Fransaya XƏBƏRDARLIQ
52641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.