Gəncədə narkotikin təsiri altında “avtoşluq” edənlər SAXLANILDI 

Gəncədə narkotikin təsiri altında “avtoşluq” edənlər SAXLANILDI 

Hazırda oxunan: Gəncədə narkotikin təsiri altında “avtoşluq” edənlər SAXLANILDI 

52624

Gəncədə avtoxuliqanlıq edənlər və narkotik maddələrin təsiri altında avtomobil idarə edən şəxs tutulub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polisin apardığı monitorinqlər zamanı müxtəlif markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib.

Belə ki, araşdırmalar zamanı həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib.

Müvafiq dövlət qeydiyyat nişanı olmadan “Mercedes” markalı avtomobilin sürücüsü Ağa Musayev polis əməkdaşları tərəfindən saxlanılan zaman isə həm polisin qanunu tələbin tabe olmayıb həm də avtomobilə məxsus qeydiyyat nişanlarında qanunsuz dəyişiklik etməsi aşkar edilib.

Bundan başqa Polis əməkdaşları tərəfindən şəhər sakini Sahib Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhər ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu üçün saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. 

Bu və digər qayda pozan sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO