"Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri BMT baş katibi Antonio Qutteriş öz "Twitter" səhifəsində yazıb.
"COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Hazırkı səhiyyə sistemi böhranını həll edərkən, növbəti vəziyyətə hazırlaşmalıyıq", deyə o, qeyd edib.
BMT rəhbəri paylaşımında çağırış edib: "Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək".
#COVID19 will not be the last pandemic humanity will face.
— António Guterres (@antonioguterres) December 27, 2021
As we respond to this health crisis, we need to prepare for the next one.
On this International Day of Epidemic Preparedness, let’s give this issue the focus, attention and investment it deserves.
Bizim.Media