Bakı-Qazax yolunda avtomobil daşıyan yük maşını qəzaya düşdü

Bakı-Qazax yolunda avtomobil daşıyan yük maşını qəzaya düşdü

Hazırda oxunan: Bakı-Qazax yolunda avtomobil daşıyan yük maşını qəzaya düşdü

52599

Xaricdən avtomobil daşımaları həyata keçirən yük maşını  qəzaya uğrayıb.

Bizim.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının   Yevlax-Goranboy  rayonları istiqamətindən keçən hissəsində  baş verib.

Üzərində xaricdən gətirilən  yeni minik  avtomobilləri daşıyan yük maşını idarəetməni itirərək metal arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alsa da idarə etdiyi maşına ciddi ziyan dəyib, metal arakəsmələr müəyyən məsafədə yararsız hala düşüb və yol təsərrüfatı qurğuları zərər görüb.
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO