“Barselona” bu il futbolçularına Milad hədiyyəsi almayıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin maliyyə problemlərinin olmasıdır.
Əvvəllər klub Milad bayramında oyunçuları mükafatlandırıb. Lakin bu dəfə "Barselona" futbolçularını sevindirə bilməyib.
Belə bir qərarı isə klub prezidenti Joan Laporta verib.
Qeyd edək ki, “Barselona” La Liqanın ilk 18 matçında 28 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsindədir.
Bizim.Media