Gənclər və idman naziri Fərid Qayıbov konfederativ və iri gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.
Suraxanı Gənclər Evində keçirilən görüşdə 13 böyük gənclər təşkilatlarının rəhbərləri iştirak edib. Nazir öncə Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış olub.
MÖVZU İLƏ BAĞLI:
Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidenti ilə görüşdü – FOTO
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, bundan öncə keçirilmiş görüş zamanı Gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi ilə bağlı korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlıq, gənclərin könüllülük fəaliyyəti, tələbələrin gənclər evlərində təcrübə keçmələri, təlimçilərlə iş və s. istiqamətlər üzrə hazırlanmış təkliflərin gənclər təşkilatları tərəfindən təqdimatları olub.
Sonda nazir qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gənclər təşkilatlarını təbrik edib və görüşlərin daimi keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və nazirliyin kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cəbrayılov da iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:20 / 26.12.2021
Fərid Qayıbov Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış oldu - FOTO
Hazırda oxunan: Fərid Qayıbov Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış oldu - FOTO
Hazırda oxunan: Fərid Qayıbov Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanış oldu - FOTO
52561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.