Türkiyə XİN: \

Türkiyə XİN: \"ABŞ-ın bu qərarına qarşı lazımı addımlar atılacaq\"

Hazırda oxunan: Türkiyə XİN: \"ABŞ-ın bu qərarına qarşı lazımı addımlar atılacaq\"

5253

"ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayırıq və rədd edirik".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Qeyd olunub ki, ABŞ, S-400-ün NATO sistemləri baxımından zəifliklər yaradacağını iddia edir:

"Türkiyə, NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələni obyektiv və real əsasda həll etməyi təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq birtərəfli sanksiyalara əl atdı".

Bildirilib ki, Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq:

“Türkiyə, münasibətləri qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazımlı gördüyü tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO