Təyyarədə qəfil ölən iki həmyerlimizlə bağlı AZAL-dan AÇIQLAMA 

Təyyarədə qəfil ölən iki həmyerlimizlə bağlı AZAL-dan AÇIQLAMA 

Hazırda oxunan: Təyyarədə qəfil ölən iki həmyerlimizlə bağlı AZAL-dan AÇIQLAMA 

52413

Rusiyadan Azərbaycana gələn iki həmyerlimizin təyyarədə qəfil dünyalarını dəyişdiyi bildirilir. Ölüm hadisələri eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alındığı deyilir. Məlumata görə dekabrın 23-ü axşam saatlarında Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev, həmin gün günorta saatlarında isə Moskva-Bakı reysi ilə vətənə gələn Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov təyyarədə vəfat ediblər.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski ölüm hadisələrinin AZAL reysində yaşanmadığını bildirib:

“Baş verən hadisələrlə bağlı ilk ağıla gələn AZAL olur. Amma həmin hadisələr bizim reysdə deyil, başqa aviareysdə baş verib. Onunla bağlı isə məndə məlumat yoxdur”,- deyə qurum rəsmisi qeyd edib.

Respublika Prokurorluğundan isə faktla bağlı cavab ala bilmədik. 

Qeyd edək ki, Xəzər Rayon prokurorluğunda məsələ ilə bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO