"Ermənistan əslində faşizmi təbliğ edir"

Hazırda oxunan: "Ermənistan əslində faşizmi təbliğ edir"

52373
Ermənistan bu gün digər millətlərə qeyri-tolerant münasibət göstərməklə faşizmi təbliğ edir.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
 
Onun sözlərinə görə, ermənilərin faşizmi təbliğ etməsinin kökündə onların mənfur xisləti dayanır:
"Hərbi cinayətkar Qaregin Njde faşistlərin irqi ayrı-seçkilik və antisemitizm ideologiyasina sahib çıxmışdı. Ermənilərin bu şəxsi qəhrəman səviyyəsinə qaldıraraq ona heykəl qoyması da göstərir ki, onlar bu gün faşistlərin ideyalarına sahib çıxırlar, onu davam etdirirlər və bunu gizlətmirlər”.
R.Rzayev bildirib ki, "Pew Research Center” Tədqiqat Mərkəzinin apardığı sorğu da ermənilər arasında antisemitizm ideyalarının yayıldığını, ermənilərin özlərindən başqa heç bir milləti sevmədiklərini bir daha təsdiq edir.
 
 
Bunu bir ölkə üçün normal hal saymayan deputat qeyd edib ki, ölkələr qarşılıqlı münasibət zamanı Ermənistanın antisemitizm siyasəti həyata keçirdiyini nəzərə almalıdırlar.
 
 R.Rzayev bir çox ölkələrin buna əhəmiyyət verməməsinə təəssüf etdiyini də deyib.
Xatırladaq ki, "Pew Research Center” Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO