9 nəfərin qatilinə QADAĞA: “Atasına tatar dilində məktub yaza bilməz”

9 nəfərin qatilinə QADAĞA: “Atasına tatar dilində məktub yaza bilməz”

Hazırda oxunan: 9 nəfərin qatilinə QADAĞA: “Atasına tatar dilində məktub yaza bilməz”

52275

Kazanlı qatil İlnaz Qalyaviyevə yaxınlarına tatar dilində məktub yazmaq qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Mash Telegram kanalı yayıb.

Mənbə qeyd edir ki, 9 nəfərin həyatına son qoyan qatil günahını etiraf edib. 

İndi o, Tatarıstanın paytaxtı Kazan şəhərində istintaq təcridxanasındadır və məhkəməsini gözləyir. Onun kameradan yazdığı məktublar isə diqqətlə yoxlanılır.

İş rezonans doğurduğundan müstəntiqlər Moskvadan göndərilib, amma təbii ki, onlar tatar dilini bilmirlər. Ona görə də cinayətkardan tələb ediblər ki, hətta atasına da yalnız rus dilində məktub yazsın. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO