"ƏDV geri al" layihəsi təkmilləşdiriləcək – Aşağı əməkhaqqı alanlar yararlansınlar

Hazırda oxunan: "ƏDV geri al" layihəsi təkmilləşdiriləcək – Aşağı əməkhaqqı alanlar yararlansınlar

52265

"ƏDV geri al" layihəsi üzrə təkmilləşmə işləri aparılacaq. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov deyib. 

Onun sözlərinə görə, bəzi məhsullar var ki, onlar üzrə ƏDV-nin geriyə qaytarılması o qədər də önəmli deyil:

"Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyəti yoxdur".

Qeyd edək ki, söhbət bahalı mal və əşyalardan (məsələn, bahalı avtomobillər və s.) gedir.

"Ona görə də təkmilləşmələr təbii ki, aparılacaq. Amma daha çox təkmilləşmə ondan ibarətdir ki, əhali arasında nisbətən aşağı əməkhaqqı alan təbəqələr var ki, onlar daha çox bundan yararlansınlar. Yəni varlılara yox, orta təbəqəyə daha çox güzəştlər verilsin", - deyə S. Ələkbərov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO