Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Hazırda oxunan: Sabahın hava PROQNOZU

52262

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO