Apple işçiləri tətil edir: “Şirkətin məhsullarını almayın”

Apple işçiləri tətil edir: “Şirkətin məhsullarını almayın”

Hazırda oxunan: Apple işçiləri tətil edir: “Şirkətin məhsullarını almayın”

52223

Amerikanın “Apple” korporasiyasının əməkdaşları tətil elan edib və insanları iş şəraitinə etiraz olaraq şirkətin məhsullarını almaqdan imtina etməyə çağırıblar.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə bir qrup əməkdaşın bəyanatında deyilir.

"Bütün Apple işçilərinə və müştərilərinə demək istəyirik ki, sabah, 24 dekabr 2021-ci ildə Apple-in işçiləri daha yaxşı iş şəraiti tələb etmək üçün tətilə başlayırlar". "Apple Together" Twitter hesabında dərc edilən bəyanatda belə yazılıb.

İşçilər şirkətdən ödənişli xəstəlik məzuniyyəti, müvafiq psixi sağlamlıq xidməti və yaxşı iş mühiti təmin etməyi tələb edirlər.
Texnologiya nəhənginin işçiləri insanlara belə müraciət ediblər: "Bu məhsulları mağazalardan və ya onlayn almayın".

Şirkətdəki iş şəraitindən, irqi və cinsi ayrı-seçkilikdən narazı qalan Apple əməkdaşları internet saytı yaradıblar və orada müəyyən pozuntular barədə hesabatlar yerləşdiriblər. Həmçinin iş şəraitinin yaxşılaşdırılması tələbləri ilə Apple rəhbərliyinə açıq məktublar dərc ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO