Bakı şəhəri hər gün dezinfeksiya oluna bilməz – AÇIQLAMA

Bakı şəhəri hər gün dezinfeksiya oluna bilməz – AÇIQLAMA

Hazırda oxunan: Bakı şəhəri hər gün dezinfeksiya oluna bilməz – AÇIQLAMA

5220

Bugündən etibarən ölkə ərazisində  növbəti dəfə sərt karantin rejimi yaşanır. Koronavirus infeksiyasına yoluxanların sayı artdıqca insanlarımızın sağlamlıq naminə azadlıqları da məhdudlaşır. Və bir sıra qayda - qanunlara əməl etməyimiz zəruriliyini qoruyub saxlayır. Hər kəsə bəllidir ki, yoluxma sayının azalmasına kömək edən qaydalardan biri də ərazilər, yaşayış yerləri, ictimai yerlərin və nəqliyyatın virus əleyhinə məhlulla yuyulmasıdır. 

Maraqlıdır ki, bu dəfəki sərt karantin rejimində Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi necə çalışacaq?

Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat katibi Mətin Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, dezinfeksiya işləri xüsusi rejimə uyğun aparılacaq.

Bəs dezinfeksiya işlərinin intensivliyi hansı qaydada olacaq sualını isə belə cavablayb: 

“Mütəxəssislər məsləhət görüblər ki, hər gün virus əleyhinə məhluldan istifadə etməyək. Dezinfeksiya işləri yerlərdə 10 və ya 12 gündən bir aparılmalıdır.

“Yağış yağan günlərdə də dezinfeksiya işlərinin aparılması effektiv sayılmır. Bu həftə sonu isə növbəti dezinfeksiya işləri aparılması nəzərdə tutulub. Mənzil Komunal Təsərrüfat Birliyinin əməkdaşları iri küçə, prospektlə yanaşı işçilər blok, həyət, lift kabinələri, uşaq oyun meydançaları və parklarda dezinfeksiya işləri görəcəklər. Ümumilikdə Bakı şəhəri üzrə 550-dən artıq küçə dezinfeskiya olunur. Bura həm mərkəzi, həm də qəsəbələrin əsas küçələri aiddir”.

Paytaxtın başqa küçə və sahələrin necə dezinfeksiya edilməsinə aydınlıq gətirən qurum sözçüsü bildirdi ki, bu işlərində icraatına nəzarət olunur amma, icrasını başqa təşkilatlar həyata keçirir:

“Yaşayış binlarını jeklər, hündürmərtəbəli yaşayış binalarını, biznes mərkəzlərini sahibkarların özü, şəhər mərkəzindən  kənar olan  həyət evlərini isə yerli bələdiyyələr virus əleyhinə məhlulla yuyurlar”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO