Xəzərdə suyun temperaturu ARTDI – “Bu çox böyük göstəricidir”

Xəzərdə suyun temperaturu ARTDI – “Bu çox böyük göstəricidir”

Hazırda oxunan: Xəzərdə suyun temperaturu ARTDI – “Bu çox böyük göstəricidir”

52139

"Xəzər dənizinin dinamikası barədə uzun müddətli proqnozların verilməsi mümkün deyil. Səviyyənin dəyişməsi bir çox amillərdən asılıdır. Həmin amillərin dəyişməsinin proqnozunda da çoxsaylı qeyri-müəyyənliklər var".

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları” adlı seminarda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzərdə zəlzələ oldu


Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi sahil zonasında müəyyən ekoloji problemlərə səbəb olur: 

U.Tağıyeva bildirib ki, Xəzər dənizində suyun temperaturu son 15 ildə 1,2 dərəcə artıb və bu, çox böyük göstəricidir:
​​​​​​​

“Dalğanın maksimum hündürlüyü də artıb. Bu artım elə də statistik əhəmiyyətli deyil. Ölkə ərazisində son 30 ildə yağıntıların miqdarı 10 %-ə qədər azalıb. Son 5 ildə ölkə ərazisində yağıntılarda 4 % azalma olub. 


Bundan başqa, 30 dərəcədən yüksək olan günlərin sayı avqustda 6 dəfə, iyulda 2,4 dəfə, iyunda isə 12 dəfə artım olub. Bu da o deməkdir ki, yay aylarında 6 dəfədən çox artım qeydə alınıb. Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 30 ildə 8 faiz azalıb, son 10 ildə isə 27 faiz azalma olub. Kür çayının mənsəbində sululuq son 30 ildə 22 %, son 10 ildə isə 45 % azalma olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO