Mütəşəkkil dəstə SAXLANILDI – Azərbaycanlıları intim videolarla şantaj ediblər

Mütəşəkkil dəstə SAXLANILDI – Azərbaycanlıları intim videolarla şantaj ediblər

Hazırda oxunan: Mütəşəkkil dəstə SAXLANILDI – Azərbaycanlıları intim videolarla şantaj ediblər

52114

Ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci il ərzində Azərbaycan vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.

Faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq qrupu yaradılıb, kompleks istintaq-əməliyyat və əməliyyat-texniki tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan Respublikasının vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

Genişmiqyaslı araşdırma tədbirləri ilə ölkə hüdudlarından kənarda olan cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının zərər çəkdiyi məlum olub.

Cinayət işi üzrə beynəlxalq hüquqi yardım prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək Bolqarıstan Respublikasının hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib. Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında ifşa edilib.

Nəticədə xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO