Dövlət əmlakının icarəsi üzrə büdcə daxilolmaları neçə faiz olub? – RƏSMİ

Dövlət əmlakının icarəsi üzrə büdcə daxilolmaları neçə faiz olub? – RƏSMİ

Hazırda oxunan: Dövlət əmlakının icarəsi üzrə büdcə daxilolmaları neçə faiz olub? – RƏSMİ

51962

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dövlət əmlakının icarəsi üzrə 1 531 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 631-i qeyri-yaşayış sahələri üzrə, 900-ü isə torpaq sahələrinə dair olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Maaşların artımı ilə bağlı YENİ AÇIQLAMA - VİDEO


Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində 1 177 və ya 3,3 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə ümumilikdə 14,4 mln. manatdan artıq məbləğində vəsaitin ödənilməsi təmin olunub və bununla 11 aylıq proqnoz 142% yerinə yetirilib.

Qeyd edək ki, müasir çağırışlara əsasən, dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO