“Naxçıvandan İrana dəmir yolu xətti daha tez açılacaq” - Ermənistan baş nazirinin müavini

“Naxçıvandan İrana dəmir yolu xətti daha tez açılacaq” - Ermənistan baş nazirinin müavini

Hazırda oxunan: “Naxçıvandan İrana dəmir yolu xətti daha tez açılacaq” - Ermənistan baş nazirinin müavini

51951

Regional kommunikasiyaların blokadadan çıxarılması üzrə işçi qrupu Arazdəyən (Yerasx) - Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir.

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupun müzakirələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Meğri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana dəmir yolunun açılmasıdır.

 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinin açılışında Atatürkün rolu - DETALLAR


"Mövcud infrastrukturun köməyi ilə istənilən kommunikasiyaların açılması əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqlar mövzusudur və mən hələ ki, hansı razılığa gələcəyimizi deyə bilmərəm", - Qriqoryan bildirib. .

“Onlar, həmçinin Ermənistanın şimal-şərqindən keçən dəmir yolunun (İcevan-Qazax) açılması imkanlarını da müzakirə ediblər. Bu mərhələdə ən ağlabatan məsrəflə həyata keçirilə bilən ən real layihələr nəzərdən keçirilir”, deyə Qriqoryan izah edib.

“Gündəlikdən heç bir variant çıxarılmasa da, indi danışıqların bu mərhələsinə aid olan məsələlər müzakirə olunur”, - Ermənistan baş nazirinin müavini vurğulayıb. 

O əlavə edib ki, Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası məsələsinə yalnız konseptual səviyyədə baxılıb.

Qeyd edək ki, dekabrın 22-də Qriqoryan rusiyalı həmkarı Aleksey Overçukla birgə İrəvanda Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasını keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO