Rusiya-NATO mübarizəsi MÜHARİBƏYƏ çevrilir? – “Bunun qarşısını almaq olmayacaq” - ÖZƏL

Rusiya-NATO mübarizəsi MÜHARİBƏYƏ çevrilir? – “Bunun qarşısını almaq olmayacaq” - ÖZƏL

Hazırda oxunan: Rusiya-NATO mübarizəsi MÜHARİBƏYƏ çevrilir? – “Bunun qarşısını almaq olmayacaq” - ÖZƏL

51944

Vladimir Puitin bəyan edib ki, “Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək". Ardınca Rusiya XİN rəhbəri Lavrov bildirib ki, “NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz hər kəsə məlumdur: əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa davam edərsə, bu, “qırmızı xətt” olacaq”. 

Son dövrlər Ukrayna ətrafı və digər regionlarda baş verənlər Rusiya-NATO mübarizəsinin müharibəyə çevriləcəyi ehtimallarını qabardır. Hər halda bəzi ekspertlər bu qənaətə gəliblər. 

Azərbaycanlı politoloq İlqar Vəlizadə də Rusiya və NATO arasındakı qarşıdurmanın inkişaf etdiyini təəssüflə qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ilə NATO-nun heç bir əlaqəsi yoxdur - Lavrov 


“Hələ kulminasiya nöqtəsinə çatmayıb. Tərəflərin bu tip bəyanatları ondan xəbər verir ki, növbəti illərdə, yaxud aylarda gərginlik artacaq”.

Bizim.Media-ya özəl açıqlamasında politoloq hər iki tərəfin silah yarışının daha mürəkkəb forma alacağını istisna etməyib.

İlqar Vəlizadə bildirib ki, bu, təəssüfedici bir haldır:

“Çünki beynəlxalq siyasi sistemdə olan bu gərginlik hansısa formada bizim regionumuza da təsir göstərir. Ona görə də, regional güclərin birgə səyləri vacibdir ki, hazırda artan təhlükə mümkün qədər minimuma endirilsin və birbaşa bizim regionumuza təsir göstərməsin.

Hadisələr onu göstərir ki, dünyada siyasi proseslərin tənzimlənməsi mexanizmləri kifayət qədər zəifdir. Əvvəllər Rusiya ilə ABŞ arasında adi və nüvə silahları, raket sistemləri ilə bağlı sazişlər vardı. İndi bu sazişlər aktuallığını itirir, yeni müqavilələrə ehtiyac yaranır. Amma yeni sazişlərin ərsəyə gəlməsi üçün dialoq, danışıqlar lazımdır. Biz bunu görmürük.

Düşünürəm ki, yaxın vaxtlarda sözügedən tendensiyanın qarşısını almaq olmayacaq. Sadəcə olaraq, digər oyunçulara öz təhlükəsizlik sistemlərinin maksimum möhkəmləndirilməsi və müxtəlif güc mərkəzləri ilə münasibətlərin qurulmasının effektivliyinin təmin olunması qalır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO