“Mahirin qalacağına əmin deyiləm\

“Mahirin qalacağına əmin deyiləm\" - \"Legiya\"nın baş məşqçisi

Hazırda oxunan: “Mahirin qalacağına əmin deyiləm\" - \"Legiya\"nın baş məşqçisi

51896

"Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziya önündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı".

Bizim.Media xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç "Sparkchronicles" nəşrinə açıqlamasında deyib.

O, millimizin hücumçusu Mahir Emrelinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə yenidən münasibət bildirib:

"Söhbətimiz çox pozitiv keçdi. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm".

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib.

Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin "Legiya"dan ayrılacağı haqda xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO