Saray qəsəbəsində avtomobil 74 yaşlı kişini öldürdü

Saray qəsəbəsində avtomobil 74 yaşlı kişini öldürdü

Hazırda oxunan: Saray qəsəbəsində avtomobil 74 yaşlı kişini öldürdü

51867

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə dekabrın 21-i saat 19 radələrində rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Tural Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub.

Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO